24 Avqust 2024, 11:06
FUTBOL
"Herta"nın hücumçusu Haris Tabakoviç "Hoffenhaym"a keçib.
Matc.az xəbər verir ki, bu barədə "ağ-göylər"in rəsmi saytı məlumat yayıb.
Transfer məbləği 5 milyon avro olub. 30 yaşlı futbolçu ilə müqavilənin şərtləri haqqında məlumat açıqlanmayıb.
Qeyd edək ki, bosniyalı futbolçu İsveçrənin "Yanq Boyz" klubunun yetirməsidir. O, 2023-cü ilin yayında "Herta"ya 500 min avroya keçib. Tabakoviç Berlin klubunda 39 oyun keçirib, 25 qol vurub və 8 məhsuldar ötürmə edib.