24 Avqust 2024, 13:02
FUTBOL
İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi ilə Joao Kanselonun meneceri arasında münaqişə davam edir.
Matc.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 30 yaşlı portuqaliyalını heyətində görmək istəmir. Kanselo isə Səudiyyə Ərəbistanına klubuna keçmək niyyətində deyil.
"Əl-Hilal" futbolçu üçün ingilislərə lazım olan transfer məbləğini ödəməyə, müqavilənin 3 ili üçün isə Kanselonun özünə 70 milyon avro ödəməyə hazırdır.
Bununla belə, Portuqaliya millisinin oyunçusu keçən mövsüm rənglərini qoruduğu "Barselona"ya keçməkdə israrlıdır.