37 yaşlı italiyalı qapıçı Salvatore Siriqu "Palermo"nun heyətinə qatılıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Bildirilir ki, qolkiperlə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Siriqu Türkiyənin "Fatih Karagümrük" klubundan ayrıldıqdan sonra azad agent olub. Qapıçı karyerası ərzində PSJ, "Sevilla", "Torino", "Genuya", "Napoli", "Fiorentina" və "Nitsa"nın rənglərini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest