Uruqvay Peşəkar Futbolçuların Hüquqlarını Müdafiə Assosiasiyası (MUFP) rəsmi sosial şəbəkələrdə "Nasional"ın müdafiəçisi Xuan İzquierdonun avqustun 22-də huşunu itirməsi nəticəsində reanimasiyaya yerləşdirilməsindən sonra ölkə çempionatını dayandırmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, MUFP bunu, Libertadores Kubokunun 1/8 finalının Braziliyanın "San Paulo" klubu ilə cavab oyununda (ümumi 0:2, 0:2) baş vermiş hadisədən sonra elan edib.
"Xuan İzquierdonun ağır sağlamlıq vəziyyətini nəzərə alaraq, bu həftə sonu üçün planlaşdırılan peşəkar futbol fəaliyyətini dayandırmaq qərarını elan edirik. Bizim prioritetimiz Xuanın rifahını təmin etməkdir və biz hadisələri yaxından izləyəcəyik. Biz futbolçunun ailəsinə tam dəstəyimizi və həmrəyliyimizi bildiririk və onlara lazım olan hər cür yardımı göstərməyə hazırıq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, futbolçu meydanda huşunu itirib. Xəstəxanada ona ürək ritminin pozulması diaqnozu qoyulub.
Bu mövsüm 27 yaşlı İzquierdo "Nacional"ın heyətində bütün yarışlarda 23 oyun keçirib və 1 qol vurub.