İtaliyanın "Yuventus" klubu hücumameyilli yarımmüdafiəçi Fransisko Konseysaonun icarəsi ilə bağlı Portuqaliya "Portu"su ilə anlaşıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Calciomercato" paylaşıb.

Bildirilir ki, icarə müqaviləsi bir mövsümlük olacaq. “Qoca sinyora” “əjdahalar”a 7 milyon avro və bonus olaraq daha 2 milyon avro ödəyəcək.

Qeyd edək ki, ötən mövsüm Konseysao Portuqaliya çempionatında 27 matçda 5 qol vurub. O, son Avropa çempionatında da bir dəfə fərqlənə bilib.

 Futbolçunun transfer dəyəri 22 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest