24 Avqust 2024, 19:47
FUTBOL
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında II tur oyununa çıxıb.
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə "Brayton"un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Mançester komandası iki turdan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb. "Brayton" isə ardıcıl ikinci qələbəsini qazanaraq turnir cədvəlinin ikinci sırasına yerləşib.
"Brayton" - "Mançester Yunayted" - 2:1
Qollar: Uelbek, 32, Pedro, 90+5 // Diallo, 60