24 Avqust 2024, 20:38
FUTBOL
Azərbaycan Premyer Liqasının IV turunda "Turan Tovuz" səfərdə "Qarabağ"ı minimal hesabla məğlub edib.
Matc.az xəbər verir ki, Tovuz klubunun baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib və jurnalistlərin suallarını cavablandırıb:
- İki kəlimə ilə ifadə etməli olsaq, uşaqlara canfəşanlıqlarına, nizam-intimzama görə təşəkkürümü bildirirəm. "Qarabağ"a Zaqreb "Dinamo"su ilə oyunda uğurlar arzu edirəm. İnanıram ki, "Qarabağ" mərhələni keçə bilər.
- Oyundan sonra nəticədən razı qaldınızmı?
- Əlbəttə, nəticədən çox razı qaldım. Çünki bu "Qarabağ"dır, Azərbaycan futbolunun "flaqmanı"dır.