25 Avqust 2024, 11:47
FUTBOL
İngiltərə Premyer Liqasının II turunda "Mançester Siti" doğma meydanda debütant "İpsviç"lə qarşılaşıb.
Matc.az xəbər verir ki, qarşılaşma Mançester təmsilçisi üçün uğursuz başlayıb və artıq 7-ci dəqiqədə Şmodiks qonaqları hesabda irəli çıxarıb. Buraxılan qoldan sonra qəzəblənən Qvardiolanın komandası 10 dəqiqə ərzində De Bruynenin qolu və Haalandın dublu ilə hesabı 3:1 edib.
İkinci hissənin sonunda Erlinq Haaland het-trik edərək cari mövsümdə dördüncü qolunu vurub.
Qeyd edək ki, ik turda "Mançester Siti" səfərdə "Çelsi"ni 2:0 hesabı ilə məğlub edib.
İngiltərə Premyer Liqası
II tur
"Mançester Siti" - "İpsviç" - 4:1
Qollar: Haaland 12, 16, 88, De Bruyne 14 // Şmodiks, 7