2024/2025-ci illər mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) çıxış edən Premyer Liqa klubları üçün UEFA tərəfindən ayrılmış ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Matc.az xəbər verir ki, ödəniş "Zirə"yə (349.600 avro) Avropa Liqasındakı, "Sumqayıt"a (tam ödəniş - 524.600 avro) və "Sabah"a (174.600 avro) isə Konfrans Liqasındakı çıxışa görə edilib.

Qeyd edək ki, Konfrans Liqasında mübarizəni davam etdirən "Zirə" pley-offun cavab qarşılaşmasında avqustun 29-da "Liv Bona Dea Arena"da "Omoniya" ilə üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest