25 Avqust 2024, 14:22
FUTBOL
"Arsenal" İngiltərə Premyer Liqasının II turu çərçivəsində səfərdə "Aston Villa" üzərində çətin qələbə qazanıb - 2:0.
Matc.az xəbər verir ki, bu nəticə "Arsenal"ın lideri Bukayo Saka üçün Premyer Liqada 100-cü qələbə olub. İngilis cinah oyunçusu qeyd edilən göstəriciyə 22 yaş 354 günündə çatıb.
Qeyd edək ki, bu, Premyer Liqa tarixində üçüncü ən yüksək göstəricidir. Sakadan öncə, "Arsenal"ın sabiq oyunçusu Sesk Fabreqas (22 yaş, 108 gün) və "Mançester Yunayted"in əfsanəvi hücumçusu Ueyn Runi (22 yaş, 86 gün) gənc yaşda qələbə sayını 100-ə çatdıra bilən futbolçular olub.