25 Avqust 2024, 15:16
FUTBOL
"Yuventus"un yarımmüdafiəçisi Fabio Miretti "Cenoa"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Miretti "Cenoa"da icarə əsasında çıxış edəcək. Müqavilə 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 21 yaşlı futbolçu 2021-ci ildən çıxış etdiyi "Yuventus"da 75 oyun keçirib və 2 qol vurub.