25 Avqust 2024, 19:06
FUTBOL
Qapıçı Rui Patrisio karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Sky Sport” paylaşıb.
Bildirilir ki, 36 yaşlı portuqaliyalı "Atalanta"nın futbolçusu olacaq. Qapıçı azad agent kimi yeni kluba keçəcək.
Patrisio sabah "Atalanta"da tibbi müayinədən keçəcək. Müayinədən sonra tərəflər arasında müqavilə imzalanacaq və bu barədə rəsmi məlumat veriləcək.
Qeyd edək ki, Rui Patrisionun son klubu "Roma" olub. Futbolçunun Roma klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatıb.