Türkiyə Superliqasında III turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma keçirilib.

"Fənərbaxça" səfərdə "Rizespor"un qonağı olub. İstanbul klubu rəqibinə 5 cavabsız qolla qalib gəlib.

"Antalyaspor" doğma meydanda uzatma dəqiqələrində vurduğu qolla "Hatayspor"u məğlub edib - 3:2.

"Kasımpaşa" – "Adana Dəmirspor" matçında isə məhsuldar heç-heçə qeydə alınıb - 2:2.

Türkiyə Superliqası
III tur
25 avqust

"Antalyaspor" – "Hatayspor" - 3:2
Qollar: Talisson, 60, Cenepo, 66, Samudio, 90+4 (pen) // Strandberq, 26 (pen), 32

"Kasımpaşa" – "Adana Dəmirspor"
Qollar: Hayradinoviç, 30, Da Kosta, 59 // Barasi, 65, Manev, 90+3

"Rizespor" – "Fənərbaxça" - 0:5
Qollar:
 Fred, 15, 60, 64, Ceko, 53, Aliqulov, 66 (aq)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest