26 Avqust 2024, 10:36
FUTBOL
Məşqçilərin dünya reytinqi yenilənib. Matc.az xəbər verir ki, 500 mütəxəssis arasında “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov da yer alır.
O, 1675 xalla planetin 133-cü pilləsində qərarlaşır. “Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla 57-ci, millimizin sükanı arxasında olan Fernandu Santuş 1624 xalla 185-cidi.
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk isə aktivindəki 1482 xalla 422-ci yerdə qərar tutub.
Siyahıya “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola (2243 xal) başçılıq edir.