Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) oyunundan əvvəlki mətbuat konfransları və son məşqlərin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov sabah 17:30-da mətbuat konfransı keçirəcək.

Bundan yarım saat sonra açıq məşq baş tutacaq. Qonaq komandanın son məşqi saat 19:45-də, baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı isə 19:15-də olacaq. Hər iki baş məşqçinin media nümayəndələri ilə görüşü Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qeyd edək ki, avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” matçı saat 20:45-də başlayacaq. Zaqrebdəki ilk qarşılaşmada meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest