“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, UEFA avqustun 28-də Bakıda təşkil olunacaq görüşü İngiltərədən olan hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanı Maykl Oliver idarə edəcək. Ona Styuart Burt və Li Betts köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. VAR hakimləri isə Styuart Attuell və Timoti Vud olacaq.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest