“Real” İspaniya La Liqasının II turunda “Valyadolid”i 3:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, bu görüş “kral klubu”nun hücumçusu Endrik üçün əlamətdar olub.

86-cı dəqiqədə Kilian Mbappenin əvəzinə meydana daxil olan braziliyalı forvard 90+6-cı dəqiqədə qarşılaşmada son nöqtəni qoyaraq, “Real”ın heyətində ilk qolunu vurub. Bununla Endrik (18 yaş 35 gün) XXI əsrdə La Liqada debüt oyununda qol vuran ən gənc “Real”lı olub.

Qeyd edək ki, “Real”a yay fasiləsində “Palmeyras”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest