26 Avqust 2024, 15:52
FUTBOL
Komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq.
Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Matc.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq. Hər iki oyun Zlin şəhərində keçiriləcək.
Qeyd edək ki, millimiz Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.