Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə cavab matçına çıxacaq “Qarabağ” şad xəbər alıb. Matc.az xəbər verir ki, Ağdam klubu xorvatlarla Bakıdakı görüşdə Julio Romaonun xidmətindən yararlana biləcək.

Romao 3-cü sarı vərəqəni aldığından pley-offun cavab matçını buraxmalı idi. Lakin UEFA-nın yeni qaydaları ağdamlıları sevindirib. Yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir. Belə ki, bu qayda “Riyeka”nın futbolçusu Mario Paşaliçə tətbiq edilib.

UEFA-nın saytında da oyunçunun cəzalı olması barədə hər hansı qeyd yoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest