26 Avqust 2024, 16:44
FUTBOL
Yığmanın baş məşqçi vəzifəsi Rəcəb Fərəczadəyə tapşırılıb.
23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidməti açıqlayıb.
Yığmanın baş məşqçi vəzifəsi Rəcəb Fərəczadəyə tapşırılıb. Mütəxəssis oktyabrın 7-10-da Xorvatiyada keçiriləcək U-23-lər arasında dünya çempionatında komandaya rəhbərlik edəcək.
Fərəczadənin köməkçiləri Tural Nərimanov və Natiq Kərimi təyin olunub.