"Dinamo" Bakıya 25 futbolçu ilə gəlir.
Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyununa çıxacaq Zaqreb "Dinamo"su bu gün Bakıya yola düşüb. Matc.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
"Dinamo" Bakıya 25 futbolçu ilə gəlir:
Qapıçılar: İvan Nevistiç, İvan Filipoviç, Daniel Zaqorats
Müdafiəçilər: Ronael Pyer-Qabiriel, Sami Mmae, Kevin Teofil-Katrin, Raul Torrente, Takuya Oqivara, Stefan Ristovski, Maksim Barnauer
Yarımmüdafiəçilər: Yosip Mişiç, Branko Paviç, Petar Suçiç, Luka Vrbançiç, Lukas Kacavenda, Martin Baturina, Marko Roq, Luka Stoykoviç, Ariyan Ademi
Hücumçular: Marko Pyatsa, Sandro Kulenoviç, Bruno Petkoviç, Dario Şpikiç, Juan Kordoba, Arber Hodja
Qeyd edək ki, avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də start götürəcək.