Bu gün AFFA-nın inzibati binasında Premyer Liqa və I Liqa klublarında çalışan azarkeşlərlə və əlil azarkeşlərlə əlaqələndirici şəxslərlə görüş keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Görüşdə Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları aşağıda qeyd olunan mövzuları müzakirə ediblər:

 - Ötən mövsüm ərzində baş vermiş hadisələr;

- Cari mövsüm üçün planlar;

- Avropa Futbol Azarkeşləri təşkilatının klub nümayəndələrinə verdiyi tövsiyələr;

- Azarkeşlərlə əlaqələndirici şəxs (SLO), təhlükəsizlik rəhbərləri və hüquq-mühafizə orqanları arasında koordinasiya;

- 2024/2025-ci illər mövsümü Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Liqa yarışlarının Əsasnaməsinə əlavə edilmiş “Azarkeşlərin davranış qaydaları”na dair bəndlər.

Görüşdə həmçinin DİN, AFFA və PFL əməkdaşları azarkeşlərlə əlaqələndirici şəxslərdən gələn sualları cavablandırıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest