Kolumbiyalı yarımmüdafiəçi Xuan Kuadradonun "Atalanta"ya keçidi rəsmiləşib.

Matc.az xəbər verir ki, təcrübəli futbolçu ilə bir mövsümlük müqavilə imzalanıb.

36 yaşlı futbolçu İtaliya klubuna azad agent kimi keçib.

Qeyd edək ki, Kuadrado ötən mövsüm "İnter"in heyətində İtaliya çempionu olub. Lakin ciddi zədə səbəbindən A Seriyasında cəmi 10 matçda iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest