26 Avqust 2024, 19:50
FUTBOL
"Seltik"in yarımmüdafiəçisi Mett O'Reyli karyerasını "Brayton"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, O'Reyli 2022-ci ilin yanvar ayından Şotlandiya nəhəngində çıxış edir, 124 matçda 27 qol vurub və 35 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 20 milyon avro qiymətləndirilir.
İngiltərə Premyer Liqasında yeni mövsümündə "Brayton" iki turda iki qələbə qazanıb. Səfərdə "Everton"u (3:0), evdə isə "Mançester Yunayted"i (2:1) məğlub edib.