UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Zirə" – "Omoniya" oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Zirə" – "Omoniya" (Kipr) oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Matc.az xəbər verir ki, təmsilçimizin baş məqşçisi Rəşad Sadıqov jurnalistlərinin önünə saat 18:00-da öncə çıxacaq. Komandanın media üçün açıq məşqi isə 18:45-də baş tutacaq.

"Omoniya"nın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı isə 18:45-də keçiriləcək. Rəqib komandanın media üçün açıq məşqi saat 19:30-da reallaşacaq.

Avqustun 28-də baş tutacaq hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, "Dalğa Arena"ya jurnalistlərin aparılması üçün avtobus ayrılacaq. Avtobus saat 16:15-də metronun "Koroğlu" stansiyasından yola düşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest