Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Artur Vermeren "Leypsiq"ə keçib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

"Leypsiq" 19 yaşlı belçikalı futbolçunu 30 iyun 2025-ci ilə qədər, almaq opsiyonu ilə icarəyə götürüb.

Qeyd edək ki, "Atletiko" Vermereni 2024-cü ilin qışında "Antverpen"dən 18 milyon avroya alıb. Futbolçunun bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest