“Zaqrebdə qeydə alınan 3:0 hesablı qələbə ciddi üstünlükdü. Bunun qrupa düşmək üçün kifayət edəcəyini düşünürəm. Lakin cavab görüşündə ağıllı və intizamlı oynamaq mütləqdi”. Matc.az xəbər verir ki, bu sözləri Zaqreb “Dinamo”sunun sabiq futbolçusu Branko Strupar bildirib.

Strupar Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək “Qarabağ” - “Dinamo” oyunu haqda fikirlərini bölüşüb.

O, “Qarabağ” səddini keçməyin Xorvatiya təmsilçisi üçün vacib olduğunu deyib: “Qarabağ”ın yaxşı komanda olduğu hər kəsə bəllidi. İlk oyunda qeydə alınan nəticə oyuna görə olmadı. Rəqibin Zaqrebdə necə oynadığını nəzərə almalıyıq. “Dinamo” Bakıda ehtiyatlı oynamalıdı. “Qarabağ” azarkeşləri önündə aslanlar kimi hücum edəcək. Rəqib ilk matçda qol vura bilmədiyi üçün çox məyusdu. Buna görə də meydana qəzəbli çıxacaqlar”.

Strupar “Qarabağ” ötən mərhələdə olduğu kimi, yenə cavab görüşündə sensasiya etmək istəyəcəyini vurğulayıb: “Ancaq nəzərə almalıdı ki, “Ludoqorets” ilə müqayisədə “Dinamo” daha ciddi və güclü komandadı”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest