İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon mükafat alıb. Matc.az xəbər verir ki, o, UEFA prezidenti mükafatına layiq görülüb.

Bu barədə məlumatı UEFA prezidenti Aleksander Çeferin açıqlayıb. O, 2024-cü il üçün bu mükafatı məhz Buffona verəcəyini açıqlayıb.

Bu mükafat nailiyyətləri, peşəkarlığı və nümunəvi şəxsi keyfiyyətləri ilə seçilənlərə təqdim edilir.

Qeyd edək ki, Buffon 2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionu adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest