27 Avqust 2024, 11:52
FUTBOL
"Beşiktaş" klubu heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Ağ-qaralar” son olaraq Almaniyanın “Auqsburq” komandasında çıxış edən Feliks Uduokhai rənglərinə bağlayıblar. O, 2024/2025 mövsümünün sonunadək icarə əsasında “Beşiktaş”ın formasını geyinəcək.
İstanbul təmsilçisi mövsümün sonunda 26 yaşlı müdafiəçinin transfer hüququnu birdəfəlik almaq ixtiyarına sahibdi.