Azarkeşlər biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.

Ölkə çempionatının 5-ci turunda keçiriləcək “Turan Tovuz” - “Səbail” oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.

2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadı. Oyundan sonra “Turan Tovuz”un rəsmi tərəfdaşı olan “İnci Group of Companies” tərəfindən lotereya təşkil olunacaq.

Qeyd edək ki, avquatun 30-da keçiriləcək qarşılaşma saat 17:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest