27 Avqust 2024, 13:10
FUTBOL
"Barselona" heyətini gücləndirmək istəyir. Matc.az xəbər verir ki, Kataloniya klubu Almaniya millisinin və "Bayer"in müdafiəçisi Conatan Tah üçün hərəkətə keçib.
Tərəflər arasında danışıqlara start verilib. Ancaq bu keçidi həll etmək ispanlar üçün asan olmayacaq. Çünki "Bavariya" da Tahı heyətinə qatmaqda israrlıdı.
Qeyd edək ki, Tahın "Bayer"lə 2025-ci il yayınadək müqaviləsi var.