Türkiyə Basketbol Kubokunun yarımfinalında keçirilən "Fənərbaxça" – "Qalatasaray" görüşündə qalmaqal yaşanıb.

Matc.az xəbər verir ki, "sarı-lacivərtlilər"in azarkeşləri meydana yad əşyalar atıb.

Bundan sonra isə "Qalatasaray" basketbolçuları və hakimlər meydanı tərk edib.

"Fənərbaxça"lı oyunçular isə öz tərəfdarlarını sakitləşdirib. Bundan sonra isə "Qalatasaray" və hakimlər meydana qayıdıb.

Qeyd edək ki, qarşılaşma "Fənərbaxça"nın 89:74 hesablı qələbəsi ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest