“Turan Tovuz” Türkiyəyə gedəcək
“Turan Tovuz”un qış hazırlıq proqramı dəqiqləşib. Premyer Liqa klubu təlim-məşq toplanışını Türkiyədə keçəcək. Ayxan Abbasovun kollektivi bu məqsədlə yanvarın 3-də Antalyaya yollanacaq. Orada Lara bölgəsindəki “Ask Lara” otelində məskunlaşacaq komanda ayın 17-dək hazırlığını davam etdirəcək.



























