"Biz Almaniya deyilik ki, seçmə mərhələni həmişə asan keçək. Gah zədələr, gah da qeyri-stabil çıxış işimizi çətinə salır. İlk 20 dəqiqəni yüksək səviyyədə keçirdik. Əgər ikinci qolu vura bilsəydik, mütləq 3 xal qazanacaqdıq".
"Biz Almaniya deyilik ki, seçmə mərhələni həmişə asan keçək. Gah zədələr, gah da qeyri-stabil çıxış işimizi çətinə salır". Matc.az saytının məlumatına görə, bu sözlər Xorvatiya yığmasının yarımmüdafiəçisi Milan Badelə məxsusdu.
30 yaşlı futbolçu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyunu dəyərləndirib. O, ikinci qolu vurmamalarının cəzasını çəkdiklərini söyləyib: "İlk 20 dəqiqəni yüksək səviyyədə keçirdik. Əgər ikinci qolu vura bilsəydik, mütləq 3 xal qazanacaqdıq. Bunu bacarmadıq və oyunda temp düşdü".
"Fiorentina"nın futbolçusu yığmamız haqda da fikir bildirib: "Bakıda hələ bir dəfə büdrəmişdik. "Maksimir" stadionunda onda onlar bizə çətin anlar yaşatmışdılar. Onlar güclü deyillər, amma güclülərə həyatı pisləşdirməyi bacarırlar. Zaqrebda bunu edə bilmədilər, Bakıda istəklərinə çatdılar".
Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı 1:1 hesabı ilə nəticələnib.