Belçika milli komandası Aç-2020-nin seçmə mərhələsində Şotlandiya yığmasını darmadağın edib – 4:0. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Belçika yığmasının üzvü Kevin de Breyne yeni rekorda imza atıb. 
 
Belə ki, "Mançester Siti"nin şərəfini qoruyan 28 yaşlı yarımmüdafiəçi Şotlandiya millisi ilə oyunda 3 məhsuldar ötürmə və 1 qolla yadda qalıb. 
 
De Breyne Belçika milli komandası tarixində bunu bacaran ilk futbolçu olub. Ona kimi heç bir futbolçu millinin oyununda 3 məhsuldar ötürmə və 1 qolla yadda qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest