"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubdan ayrıldıqdan sonra İngiltərə komandalarını çalışdırmayacağını açıqlayıb. "Əgər məşqçiliyə davam etsəm, İngiltərədə olmayacaq"
"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubdan ayrıldıqdan sonra bir daha İngiltərə komandalarını çalışdırmayacağını açıqlayıb.
Matc.az xəbər verir ki, Klopp uzun zaman məşqçilik etməyəcəyini deyib:
“Ayrılmaq həqiqətən asan deyil. “Maynts”da son matç yaxınlaşanda demişdim ki, Bundesliqaya vəziqə qazansaq, qalacam. Amma digər komanda qalib gəldi və biz bunu edə bilmədik. İndi isə hər şey tamam başqadır. Hətta son matçdan əvvəl hamı bilir ki, mən gedəcəyəm. Bu, mənim karyeramda yüz faiz uzun fasilə olacaq. İngiltərədəki vaxtım başa çatdı, çünki burada başqa heç bir komandaya baş məşqçilik etməyəcəyəm. Əgər məşqçiliyə davam etsəm, İngiltərədə olmayacaq”.