19 May 2024, 13:28
FUTBOL
Massimiliano Alleqrinin istefasından sonra Paolo Montero mövsümün son matçlarında "Yuventus"un sükanı arxasına keçəcək.
Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti açıqlama verib. Uruqvaylı mütəxəssis mövsümün son iki oyununda “Yuventus”un müvəqqəti baş məşqçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, Montero "Yuventus"un U19 komandasına başçılıq edir.