"Bavariya"nın qapıçısı Manuel Noyer, komandanın bəzi futbolçularının Tomas Tuçeli klubdan ayrılmamağa razı salmasıyla bağlı yayılan xəbərləri əsassız adlandırıb.

Matc.az xəbər verir ki, o, bütün iddiaları təkzib edib.

“Yox, bu doğru deyil. Belə bir şey heç vaxt olmayıb. Doğrudur, bu barədə hər gün danışılırdı, lakin şayiələr tamamilə yalan idi. Tomas Müller və mən məşqçinin yanına getməmişik. Sadəcə, mən onun bizimlə işləməsindən çox məmnun idim və bunun davam edə biləcəyini düşünürdüm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest