Azərbaycan milli komandası və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumçusu Mahir Emreli zədələndikdən sonrakı yeni dönəmlə bağlı fikirlərinin bildirib.

Matc.az xəbər verir ki, futbolçumuz 5 aydan sonra meydana çıxmağın həyacanını yaşadığını qeyd edib.

26 yaşlı futbolçu bu hisslərini şəxsi instaqram hesabında paylaşıb. Uzun müddətdən sonra yaşıl meydanlara qələbə ilə dönməyin çox xoş duyğu olduğunu qeyd edib.

Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən Emreli Xorvatiya çempionatının 35-ci turu çərçivəsində "Slaven Belupo" ilə matçın 46-cı dəqiqəsində meydana çıxıb. Qarşılaşma "Dinamo"nun qələbəsi (3:2) ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest