30 May 2024, 01:48
FUTBOL
Konfrans Liqasında mövsümün qalibi müəyyənləşib.
Matc.az xəbər verir ki, final görüşündə “Olimpiakos” “Fiorentina” ilə üz-üzə gəlib.
Afinada keçirilən həlledici görüşün əsas hissəsində hesab açılmayıb. Finalın qalibi əlavə vaxtda müəyyənləşib. Oyunun 116-cı dəqiqəsində El Kaabi “Olimpiakos”un qələbə qolunu vurub.
Qeyd edək ki, 3-cü dəfə təşkil olunan turnirin kubokunu əvvəlki illərdə “Roma” (2021/22) və “Vest Hem” (2022/23) qazanıb.