“Qarabağ" öz rekordunu yeniləmək imkanına sahibdi. “Zirə” isə tarixinin ilk kubokunu qazanmaq şansına malikdi.

Azərbaycan Kubokunun finalında oynamaq hüququ qazanan iki komandadan biri əvvəllər də bu titula sahib olub. Matc.az xəbər verir ki, yarışın 7 qat qalibi “Qarabağ” kuboku qazanmaq üzrə mütləq rekordçudu.

“Köhlən atlılar” öz rekordunu yeniləmək imkanına sahibdi. Bunu bacaracağı təqdirdə, Ağdam təmsilçisi digər klublarla fərqi artıracaq.

Digər finalçı “Zirə” isə tarixinin ilk kubokunu qazanmaq şansına malikdi. Rəşad Sadıqovun yetirmələri bunu bacaracaqları halda, “qartallar” yarışın qalibi adını qazanan 10-cu komanda olacaqlar.

1992-ci ildən keçirilən Azərbaycan Kubokunda buvaxtadək 9 klub qalib olmağı bacarıb. “Qarabağ” 7, “Neftçi” 6, “Kəpəz” 4, “Xəzər Lənkəran” və “Bakı” 3, “Keşlə” (indiki “Şamaxı”) və “Qəbələ” 2, “İnşaatçı” və “Şəfa” isə 1 dəfə kuboka yiyələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest