Lautaro Martines karyerasını kapitanı olduğu “İnter”də davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marzio paylaşım edib.

Onun sözlərinə görə, hücumçu “neradzurra” ilə müqaviləsini 2029-cu ilə qədər uzatmaq təklifini qəbul edib. Argentinalı forvardın illik maaşı 9 milyon avro və bonuslar olacaq.

Qeyd edək ki, Lautaro Martines “İnter”ə 2018-ci ilin yayında “Argentine Rasinq”dən keçib. O, İtaliya klubunda ümumilikdə 282 oyunda 129 qol vurub, 43 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest