31 May 2024, 20:29
FUTBOL
“Aston Villa 150 illik yubileyi üçün hazırladığı loqosunun yenilənmiş dizaynını təqdim edib.
Matc.az xəbər verir ki, blub daha ənənəvi versiyaya qayıdaraq dairəvi gerbin istifadəsindən imtina edib.
Xatırladaq ki, Aston Villa futbol klubu 1874-cü ildə yaradılıb.
Qeyd edək ki, Birmingem təmsilçisi Premyer Liqanın cari mövsümünün yekununda 68 xal toplayaraq dördüncü yeri tutub. Beləliklə, Unay Emerinin komandası Çempionlar Liqasına vəsiqəni təmin edib.