“Milan” 26 yaşlı sol cinah müdafiəçisi Teo Hernandeslə 80 milyon avroya vidalaşmağa hazırdır.
Matc.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Bildirilir ki, “rossonerlər” fransalı müdafiəçi ilə bağlı vəziyyəti növbəti yaya qədər həll etmək istəyir. Belə ki, futbolçu “Milan”dan maaşının illik 4 milyon avrodan 8 milyon avroya qədər artırılmasını tələb edir. İtaliya klubu isə Hernandesin istəyinə müsbət yanaşmır.
Digər tərəfdən, “Bavariya” klubu Alfonso Devisin yerinə müdafiəçi axtarışındadır və bu səbəblə də Hernandeslə yaxından maraqlanır .
Xatırladaq ki, bu mövsüm Hernandes bütün turnirlərdə 46 matçda iştirak edib, 5 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.