Bavariya 23 yaşlı sol cinah müdafiəçisi Alfonso Devis ilə danışıqları bərpa edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Sky Sport”un Almaniya jurnalisti Florian Plettenberq paylaşıb.

Bildirilir ki, danışıqların bərpasına təkan verən əsas səbəb “Bavariya”nın yeni baş məşqçisi Vinsent Kompaninin kanadalı futbolçunu komandada saxlamaq istəyi olub. Münhen klubu Devisə 13-14 milyon avro maaş və əlavə bonuslarla 2029-cu ilə qədər müqavilə təklif edir. Lakin müdafiəçi ildə 20 milyon avro maaş istəyir.

Qeyd edək ki, “Real” klubu da futbolçu ilə maraqlanır, lakin hələki rəsmi təklif göndərməyib.

Xatırladaq ki, bu mövsüm Devis bütün yarışlarda 42 matçda iştirak edib, üç qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest