01 İyun 2024, 02:08
FUTBOL
“Barselona”nın yetirməsi Riki Puç “Los Anceles Qalaksi” ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı MLS klubunun rəsmi saytı paylaşıb.
Bildirilir ki, ispaniyalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 24 yaşlı ispaniyalı 4 avqust 2022-ci ildə “Barselona”dan “Los Anceles Qalaksi”yə transfer edilib. O zamandan bəri o, Amerika klubunda 61 oyun keçirib, 17 qol vurub və 11 məhsuldar ötürmə edib.