01 İyun 2024, 11:48
FUTBOL
“Milan”ın 26 yaşlı müdafiəçisi Teo Hernandes yenidən “Real”ın futbolçusu ola bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikolo Şira “X” sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, Madrid klubu “Bavariya”nın da hədəfində olan futbolçu ilə ciddi olaraq maraqlanır.
Xatırladaq ki, Hernandes 2017-2019-cu illərdə “Real”ın formasını geyinib. O, 2019-cu ilin iyulunda “Milan”a keçib. Futbolçunun transfer məbləği 22,8 milyon avro olub.
Qeyd edə ki, Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.