Bildirilir ki, Mançester rəhbərliyi İngiltərə çempionatının cari mövsümündə komandanın uğurlarında böyük töhfəsi olan belçikalı futbolçunu klubda saxlamaq qərarına gəlib.
"Mançester Siti" Kevin De Bruyne ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar prosesini sürətləndirmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Bildirilir ki, Mançester rəhbərliyi İngiltərə çempionatının cari mövsümündə komandanın uğurlarında böyük töhfəsi olan belçikalı futbolçunu klubda saxlamaq qərarına gəlib.
Xatırladaq ki, bu mövsüm 32 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 26 qarşılaşmada iştirak edib, 6 qol vurub və 18 məhsuldar ötürmə edib. De Bruyne klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.