01 İyun 2024, 13:26
FUTBOL
Türkiyə millisində Çağlar Söyüncüdən sonra Enes Ünal da Avropa çempionatını buraxmalı olacaq.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytına məlumat verilib.
Yığmanın 27 yaşlı hücumçusu məşq zamanı zədələndiyi üçün heyətdən çıxarılıb. O, Almaniyada keçiriləcək turnirdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Türkiyə millisi Portuqaliya, Çexiya və Gürcüstanla birlikdə F qrupunda mübarizə aparacaq.