“Qalatasaray”ın hücumçusu Mauro İkardinin İtaliyada oynamaq ehtimalı olub. A Seriyasına vəsiqə qazanan “Komo” aregntinalı forvard üçün Türkiyə klubuna rəsmi təklif göndərib.

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin İtaliyada oynamaq ehtimalı olub.

Matc.az xəbər verir ki, A Seriyasına vəsiqə qazanan “Komo” aregntinalı forvard üçün Türkiyə klubuna rəsmi təklif göndərib. Bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

31 yaşlı ulduz futbolçu İstanbul klubunda xoşbəxt olduğunu bildirərək təklifi rədd edib.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edir. Ulduz futbolçu başa çatan mövsümdə “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 32 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest